Əsas Səhifə > Güney Press > SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü

SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü


Bu gün, 08:53

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) atəşkəsin pozulmasından sonra ABŞ-nin 200-dən çox hərbçisinin həlak olduğunu iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi SEPAH-ın briqada komandiri Hüseyn Möhibiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-nin açıqladığı itki rəqəmləri həqiqəti əks etdirmir. Möhibi iddia edib ki, hərbi əməliyyatlar bərpa olunduqdan sonra həlak olan ABŞ hərbçilərinin sayı 200 nəfəri keçib, yaralananların sayı isə bundan xeyli çoxdur.

SEPAH nümayəndəsi həmçinin bildirib ki, İran qüvvələri ABŞ-yə məxsus səkkiz qoşun dislokasiya mərkəzinə zərbələr endirib. Onun sözlərinə görə, hücumlardan biri zamanı 20 anqar məhv edilib.

Möhibi ABŞ hakimiyyətini jurnalistlərin hücumların baş verdiyi ərazilərə buraxılmasına şərait yaratmağa çağırıb ki, onlar dağıntıları və itkilərin miqyasını yerində qiymətləndirə bilsinlər.

SEPAH rəsmisi hansı hərbi obyektlərin hədəfə alındığını və itkilərin konkret harada baş verdiyini açıqlamayıb.


Geri qayıt