Əsas Səhifə > Güney Press > Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər...
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər...Bu gün, 06:47 |
|
Azərbaycan hər kəsin hər şeyi gizli etdiyi və açıq-aşkar həyatını yaşayanların qınanıldığı ölkədir.
Hər ailə eyni deyil, hər ailənin qaydaları da eyni deyil. Evlilik nə üçün çətindir? Çünki iki fərqli ailədən, iki fərqli mənsubdan olan insanlar həyatlarını birləşdirib ortaq həyat qurmağa çalışırlar.
Vəkil Fərhad Mehdiyevin qızının qəzadan sonra videoları hələ də qarşıma çıxır. Belə həyatdolu bir qızın ölümü hər içində mərhəmət qırıntısı olan insan kimi mənə də pis təsir etdi.
Gələk şərhlərin şərhinə. İlahi... Ölkədə ailəsi tərəfindən fərd olaraq yetişdirilməmiş, qərarlarına sayğı duyulmamış, kim tərəfindən yaradıldığı bəlli olmayan stereotiplərə sorğu sual etmədən boyun əymiş nə qədər insan var. Komplekslisiniz. Acizsiniz. Qorxaqsınız.
Mən şərhlərdə 17 yaşlı qızın qısa ömründə yaşadığı həyatın 1 qismini belə yaşaya bilmədiyi üçün qusulan kinləri gördüm.
Yarası hələ qabıq bağlamamış ailə üzvlərinin o şərhləri oxuyanda nə hislər keçirdiyini düşünürəm...
Nə diriyə, nə ölüyə sayğınız yoxdur.
Müəllif: Oksana Orucova - Mənbə: "DİA-AZ"
Geri qayıt |