Əsas Səhifə > Güney Press > Erməni axçinin Bakı türməsindən CANLI “reportajı”
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı”Bu gün, 16:19 |
|
Bu ilin fevralında Bakı Hərbi Məhkəməsində layiqli və uzunmüddətli cəzalara məhkum edilən 15 erməni cinayətkarla bağlı Azərbaycan düşmənlərinin isterikası bitmir. Təəssüf ki, sonuncuların daha bir qrupu ABŞ Konqresində yuva salıb – təbii ki, Amerika erməni lobbisinin çirki pulları hesabına. Ancaq bu barədə az aşağıda. Hələliksə Avropa İnsan Hüquqları Məhkəməsində erməni məhbusları təmsil edən nümayəndə Siranuş Saakyandan söz açaq. Dünən o, “Azadlıq Radiosu”nun erməni bölməsinə bildirib ki, guya Azərbaycan həbsxanalarında saxlanılan erməni dustaqlar arasında “ağır xəsarət alan şəxslər haqqında məlumatlar daxil olub”. Siranuşun iddiasına görə, məlumatı şəxsən yoxlaya bilməsə də (!!), “onun etibarlı olduğu və xəsarətlərin zorakılıq nəticəsində alındığı ehtimalı var” (Qəribədir deyilmi? Məlumatı dəqiqləşdirməyib, amma dəqiqliyinə az qala əmindir. Belə bir absurd yalnız erməni “vəkilin” dilindən çıxa bilər!) Sahakyan ardınca belə çərənləyir: “Ailələr də onların (dustaqların – Z.S.) sağlamlıq vəziyyətinin pisləşdiyini bildirirlər. Bəzi hallarda ciddi siqnallar alınır və əgər doğrudursa, hətta ölümcül ola bilər”. Bu yerdə hap-gopda ondan geri qalmayan erməni müxbir isə sual edir: “Deməli, hazırda ciddi hallardan danışırıq?” Cavab: “Bəli, biz belə siqnallar almışıq. Hazırda bu məlumata etibar edirik”. “Söhbət hansı xəsarətlərdən gedir” sualına isə Saakyan sırtıqcasına “sınıq xəsarətləri də daxil olmaqla, hər şeydən” söyləyib... Diqqət edildi yəqin ki, özünə hüquqşünas deyən bu axmaq axçi utanıb-qızarmadan ağıllı adamları da axmaq yerinə qoymaq istəyir və nə konkret ad çəkir, nə də heç olmasa bircə foto, video və ya səsli dəlil paylaşır. Yalnızca barmaqdan sovrulan “faktlar”. Saakyan əvvəllər də belə uydurmalarla gündəmə gəlmişdi. Təəccüblənmirik. Şər, iftira, saxtakarlıq bunların qanında, genində, ana südü ilə keçən irsi bir xüsusiyyət. Odur ki, bu, növbəti klassik erməni sayıqlamasını ciddiyə almamaq da olardı, əgər bir vacib detal olmasaydı. Bu da odur ki, iki gün qabaq ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı ermənipərəst konqresmen Bred Şermanın təşəbbüsü ilə mətnə Azərbaycan əleyhinə beynəlxalq hüquq tamamən ayaqaltı edilməklə düzəliş əlavə olunub. Düzəlişdə Bakıda həbsdə yatan erməni canilər və terrorçular görünməmiş həyasızlıq və riyakarlıqla “hərbi əsir”, “siyasi məhbus” adlandırılır. Beləcə həm də dövlət suverenliyimizə həqarət edilib. Yəni belə çıxır ki, cinayəti törədən erməni soyundandırsa, Azərbaycan ona cəza kəsə bilməz və dərhal azad eləməlidir (Artıq Milli Məclis təxribatçı düzəlişlə bağlı sərt etirazını bildirib)... Su həmişə axıb öz çuxurunu tapır. Heç şübhəsiz, məlum məkrli mərkəzlər artıq Azərbaycana total təzyiqin növbəti dalğası üçün komanda verib. Hədəf əlbəttə ki, erməni hərbi caniləri və terrorçuların azadlığına nail olmaqla Qarabağdakı separatçı hərəkata bəraət qazandırmaq, artıq keçmişdə qalmış məsələni gündəmə qaytarmaq və ərazi bütövlüyümüz, suverenliyimiz əleyhinə yeni planlar üçün əlverişli zəmin yaratmaqdır. Ancaq biz “banan ölkəsi” deyilik. Gərək ki, bunu Suranuş da, erməni lobbisi və ondan qonorar alan Şerman çaplı amerikalı satqın konqresmenlər də bilir. Vaxtilə Qarabağdakı oyuncaq rejim də müxtəlif hoqqalardan çıxmışdı, özünün uydurma parlamentini, saxta konstitusiyasını, “bayrağını” icad eləmişdi, mifik prezident, hətta “dövlət katibi” postları yaratmışdı. Hamısı tarixin zibilliyinə atıldı. Pislik isə özlərinə və bir də onların havadarlarına qaldı. Əmin ola bilərlər, yenə eyni NƏTİCƏ olacaq. Sadəcə, adamın zamana heyfi gəlir... Z.SƏFƏROĞLU - musavat.com Geri qayıt |