Əsas Səhifə > Güney Press > Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib

Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib


Bu gün, 12:01

Rumıniya Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcısının pilotu ölkənin milli hava məkanına qanunsuz daxil olan naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bu son günlər ərzində, səmada F-16 qırıcısı ilə vurulmuş ikinci drondur.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər 08:22-də, Rumıniya HHQ-nə məxsus həmin F-16 qırıcısının sükanında əyləşmiş rumın pilot, həmkarının dəstəyi ilə Rumıniyanın hava məkanına daxil olmuş ikinci dronu zərərsizləşdirib”, -deyə qurumun rəsmi “Facebook” səhifəsidnə dərc olunmuş bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, PUA Ukrayna ilə sərhəd yaxınlığında yaşayışın olmadığı ərazidə vurulub.

Bundan bir gün əvvəl Rumıniya Prezidenti Nikuşor Dan başqa bir dronun vurulması barədə məlumat vermişdi.

TREND


Geri qayıt