Əsas Səhifə > Güney Press > Azərbaycanda banklar birləşəcək
Azərbaycanda banklar birləşəcəkBu gün, 15:41 |
|
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib. Bankın müştəri depozitlərinin həcmi 2026-cı ilin ilk yarısında 220,5 mln. manat və ya 11,5% azalaraq 1 mlrd 700,8 mln manata düşüb. Xüsusilə fiziki şəxslərin valyuta əmanətlərində ciddi azalma qeydə alınıb. Bu göstərici 560,4 mln manatdan 364 mln manata düşüb. Hüquqi şəxslərin həm manat, həm də xarici valyutada depozitləri azalıb. Qeyd edək ki, AFB Bank" ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 dəfə azdır. Bu ilin ikinci yarısında “AccessBank” QSC-də hüquqi şəxslərə məxsus depozitlərin həcmi kəskin azalıb. Ümumiyyətlə, banklarda bu istiqamətdə yaranan problem onların daha da zəifləməsinə, nəticədə digər banklarla birləşməsinə gətirib çıxara bilərmi? Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, bütövlükdə bu proses baş verə bilər: “Ancaq “Xalq Bank” kifayət qədər böyükdür. Ölkənin 4 ən böyük banklarından biridir. Onun üçün belə bir itki o qədər də ağır deyil, ancaq bütövlükdə problemdir. Digər banklar üçün isə bu, daha ciddi problemdir”. Ümumiyyətlə, problemli bankların birləşməsinə gəldikdə, ekspertin fikrincə, proses bu ilin sonuna reallaşmayacaq: “Artıq ilin sonuna az qalıb. Ancaq növbəti illərdə bankların birləşməsi gözləniləndir”. Geri qayıt |