Əsas Səhifə > Güney Press > Xamenei işimizə mane olur

Xamenei işimizə mane olur


Bu gün, 15:40

“ABŞ ilə danışıqlar prosesində İranın Ali rəhbəri Müctəba Xameneiyə heç bir qərar məcburi şəkildə qəbul etdirilməyib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Rəhbər istənilən mövqeyində israr edəndə, proses həmin istiqamətdə davam edirdi. Ekspert rəyləri əsasında müəyyən düzəlişlər etdikdə isə yeni istiqamət seçilirdi”, - o bildirib.

Əraqçi əlavə edib ki, ABŞ ilə razılığa gəlmək üçün çətin prosesdən keçiblər və danışıqlara icazə almaq məqsədilə çoxsaylı hesabatlar və protokollar hazırlanaraq təqdim olunub:

“Rəhbərin mövqeyi təqdim edildikdən sonra müəyyən maneələrlə qarşılaşdıq. Yenidən hesabat verdik, dəyişikliklər etdik və yekun qərarın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə qərar verildi”.


Geri qayıt