Əsas Səhifə > Güney Press > "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıbBu gün, 17:43 |
|
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Bank BTB" ASC-nin bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni BOKT Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə "Bank BTB"nin Maliyyə departamentinin direktoru Vüqar Səxavət oğlu Rəfiyevdir. Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-Kredit" MMC BOKT-a çevriliblər. İkincinin lisenziyası bu ilin may ayında ləğv olunub. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il martın 5-də qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib. Geri qayıt |