"DİA-AZ" Milli.az-a istinadən xəbər verir ki, tanınmış aktyor bildirib ki, sənət yolundan razı olsa da, şəxsi həyatı ilə bağlı eyni fikirdə deyil.
"Sənətimdən razıyam, sevdiyim işlə məşğul oluram. Amma həyatımdan narazıyam. Çox keşməkeşli həyatım olub", - deyə Rəhman Rəhmanov bildirib.
Əməkdar artistin bu sözləri sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər sənətçinin səmimi etiraflarına müxtəlif rəylər yazaraq ona dəstək mesajları ünvanlayıblar.