Əsas Səhifə > Güney Press > Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsinizBu gün, 14:48 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qadının ağzına qaynar su töküb işgəncə verməkdə və digər çoxsaylı ittihamlarda təqsirləndirilən Seymur Şahalıyevin cinayət işi üzrə hökm oxunub. Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Seymur Şahəliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Seymur Şahəliyevin 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. İttihama görə, Seymur Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına qarşı xüsusilə ağır işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bundan başqa Seymur Şahalıyev qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda, qadının çılpaq videosunu çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb etməkdə təqsirləndirilir. İş materiallarına görə qadın Seymur Şahalıyevin tələb etdiyi pulu verməyib, o, çəkidiyi pornoqrafik məzmunlu videonu qadının ərinə göndərib. Seymur Şahalıyev Cinayət Məcəlləsinin hamilə qadına əzab vermə (133.2.2), yetkinlik yaşına çatmayana əzab vermə (133.2.4), işgəncə ilə əzab vermə (133.2.6), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda(134), adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə(144.2.1), qanunsuz azadlıqdan məhrum etmə (145.2.2), yetkinlik yaşına çatmayanı qanunsuz azadlıqdan məhrum etmə (145.2.3-cü), qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə (145.2.5), 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri (150.3.3), şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının yayılması (156.1), zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma (157.2), təkrar dələduzluq (178.2.2), hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə(182.2.2), hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə(182.2.3), xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə (182.2.4-cü) və pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma (242) maddələri ittiham elan olunub. Geri qayıt |