Əsas Səhifə > Güney Press > GL Group ABŞ üzrə biznesinə yeni rəhbər

GL Group ABŞ üzrə biznesinə yeni rəhbər


Bu gün, 12:28

ABŞ-ın Hyuston şəhərində yerləşən “GL Group” beynəlxalq inkişaf strategiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarında fəaliyyətə başladığını elan edib.

Banker.az xəbər verir ki, şirkət eyni zamanda Bill Pardyunu Şimali Amerika üzrə İcraçı Vitse-Prezident təyin edib. O, regiondakı əməliyyatlara, strateji inkişaf və genişlənmə prosesinə rəhbərlik edəcək.

Bill Pardyu neft-qaz kəşfiyyatı və hasilatı sahəsində 30 ildən artıq təcrübəyə malikdir. O, müxtəlif şirkətlərdə hasilat, lay mühəndisliyi, aktivlərin idarə olunması və biznesin inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb. Pardyu Texas Texnologiya Universitetində Neft-Qaz Mühəndisliyi, Texas Xristian Universitetində isə MBA təhsili alıb və Texas ştatında lisenziyalı peşəkar mühəndisdir.

Yeni vəzifəsində Bill Pardyu birbaşa Qrupun Baş İcraçı Direktoruna hesabat verəcək və “GL Group”un İcraçı Rəhbərlik Komandasının üzvü olacaq.

Xatırladaq ki, “GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb..


Geri qayıt