|
Nyu-Yorkun bələdiyyə sədri Zöhran Mamdani ABŞ səlahiyyətlilərini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı verdiyi həbs qərarına əməl etməyə çağırıb. Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, o bu barədə öz sosial media hesabında videomüraciət yayıb. Mamdani Netanyahunu “müharibə cinayətkarı’’ adlandırıb və bildirib ki, Nyu-Yorkun bələdiyyə sədri kimi onun İsrail Baş nazirini həbs etmək hüququ yoxdur. Xatırladaq ki, Mamdani bələdiyyə sədrliyi ilə bağlı keçirdiyi təbliğat kampaniyası zamanı Netanyahunu dəfələrlə “müharibə cinayətkarı” adlandırmış, Qəzzadakı müharibəni isə “soyqırımı” kimi təsvir etmişdi. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə Netanyahunun ABŞ-də olduğu müddətdə heç vaxt həbs olunmayacağını bəyan edib. Mamdani iyulun 18-də “New York Times”a verdiyi müsahibədə BCM-in qərarının tətbiqi ilə bağlı hüquq-mühafizə orqanları ilə görüş keçirdiyini deyib. Tramp isə, sosial media hesabından ona belə cavab verib: “Netanyahu yaxın zamanda 52 min günahsızı, həmçinin 47 il Amerika əsgərlərini və digərlərini öldürən İran İslam Respublikasına qarşı savaşıb’’.
Geri qayıt
|