Əsas Səhifə > Güney Press > O andan sonra heç nə əvvəlki kimi olmur...

O andan sonra heç nə əvvəlki kimi olmur...


Bu gün, 07:47

Bu həyatda insanın qarşısındakı ən böyük maneələrdən biri çox başa düşməkdir. Başa düşmək... Dərk etmək... Və ən təhlükəlisi, insanların içini görə bilmək. Bunların üçünə də sahibsənsə vəssalam. Eşşəyin öldü.
Çünki sən insanların dediyi sözlərlə kifayətlənməyəndə, onların susduğu yeri də eşitməyə başlayırsan. Gülümsəməsinin arxasındakı qorxunu, mehribanlığının içində gizlənən xainliyi, qayğının içindəki marağı, təvazökarlığının altında yatan təkəbbürü hiss edirsən. O andan sonra heç nə əvvəlki kimi olmur .Çox başa düşməyin ağır bir bədəli var. Sən getdikcə daha az heyrətlənirsən, daha az inanırsan, daha çətin yaxınlaşırsan. Çünki insanların niyyətini sezmək bəzən onların sözlərini eşitməkdən daha yorucudur.

Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"



QEYD: İSTİNAD VACİBDİR... İSTİNAD İMANDANDIR...


Geri qayıt