Əsas Səhifə > Güney Press > Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi

Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi


Bu gün, 16:53

Bu ilin ikinci rübündə hüquqi şəxslərin "Expressbank" ASC-dəki depozitlərinin həcmi 43 milyon 24 min manat təşkil edib.

Plat.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən ilin sonun ilə müqayisədə 16,8% azdır. 

Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 51,681 milyon manat təşkil edib.

İllik müqayisədə isə, hüquqi şəxslərin "Expressbank"dakı depozitlərinin həcmi 5,9% artıb. Belə ki, ötən ilin ikinci rübündə bankdakı sözügedən depozitlərin həcmi 40 milyon 617 min manat olub.


Geri qayıt