İqtisadiyyat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.
Belə ki, qurum tikinti işlərini həyata keçirəcək şirkət axtarışına çıxıb.
Sözügedən işlərin icrasına 16,9 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub.