Əsas Səhifə > Güney Press > Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Xalq artisti Tofiq Mirzəyev vəfat etdiBu gün, 06:25 |
|
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev vəfat edib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, görkəmli aktyor və rejissor 94 yaşında İsraildə dünyasını dəyişib. Qeyd edək ki, Tofiq Mirzəyev, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində özünəməxsus yer tutub. Televiziya rejissoru kimi də uzun illər milli ekran mədəniyyətinin formalaşmasına dəyərli töhfələr verib. Qeyd edək ki, 2022-ci ildə Tofiq Mirzəyevin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev iki sərəncam imzalayıb. Həmin sərəncamlarla sənətçiyə “Xalq artisti” fəxri adı verilib və “Şöhrət” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin! Geri qayıt |