Əsas Səhifə > Güney Press / Partiya > "Hələ Balaş bəy biraz yumşaq deyib..."
"Hələ Balaş bəy biraz yumşaq deyib..."Bu gün, 04:06 |
|
"Azərbaycanda 60 min ev təsərrüfatının internetə qoşulmuş ağıllı televizorlarının 35 günlük məlumatını ölçən sayğac göstərib ki, kanallar arasında ən çox baxılan İctimai TV`yə hər evdə gündə orta hesabla cəmi 8 dəqiqədən bir qədər çox baxılıb. Sayğac göstəriciləri dünya futbol çempionatından əvvəlki aya aiddir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
İlqar Məmmədov daha sonra fikrini belə davam etdirir: "Yəqin bu məlumat Balaş Qasımova da çatıb deyə o, ölkə televiziya kanallarını batan "Titanik"ə bənzədib. Hələ Balaş bəy biraz yumşaq deyib.
Müqayisə üçün: axırıncı pillələrdə sürünən Real TV`yə hər evdə orta hesabla gündə 12 saniyə baxırlarmış. Yəqin kanalları çevirib-ötürəndə bəzi adamlara zəng gəlib və ya diqqəti başqa cür yayınıb deyə, ötürən düyməni gec basıb və ona görə orta göstərici 12 saniyə olub. Yoxsa 1 saniyədən çox olmazdı. Hətta 12 saniyə ilə, bu kanalı nəyinki batmış, ifraz etdiyi zibilin içində çürümüş də hesab etmək olar..."
Geri qayıt |