Əsas Səhifə > Güney Press > Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlıDünən, 16:06 |
|
Ali Məhkəmədə keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
İttihama görə, təqsirləndirilən R.Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs R.Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə S.İsrafilov həyatını itirib.
Geri qayıt |