Əsas Səhifə > Güney Press > Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR

Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR


Dünən, 16:01

Müğənni Türkan Vəlizadənin İnstagram hesabını oğurlamaq istəyiblər.

Yenicag.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə videopaylaşımında açıqlama verib.

Sənətçi üzünü onlara tutaraq şikayət edib:

“Şikayətim var. Bir var, kiminsə həyatı, işi ilə maraqlanasan, kimisə spam edəsən. Mən elə insan olsam, deyərəm, hə, elədir. Amma sakitcə oturub öz işimlə məşğulam, mahnılarımı yazdırıram. Amma videolar paylaşıram, “İnstagram”a baxıram, bir ara çox yaxşı idi. İndi baxıram yenə məni spam edirlər. Bizim “İnstagram”ımız qorunur axı, baxıram ki, neçə dənə kodlar gəlib. Axı niyə? Hər kəs öz işiylə məşğul olsa, gözəl olar”.


Geri qayıt