Əsas Səhifə > Güney Press > Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq

Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq


Dünən, 15:23

Cümhuriyyət Xalq Partiyasından ayrılacağı gözlənilən Özgür Özəlin yeni partiya yaratmaq üçün müraciət ərizəsi ilə Türkiyənin Daxili İşlər Nazirliyinə müraciət edəcəyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BirGün” məlumat yayıb.
“Ankara Regional Apellyasiya Məhkəməsinin CHP-nin 38-ci Qurultayının ləğvi və partiya rəhbərliyi ilə bağlı mütləq etibarsızlıq qərarı qəbul etməsindən 56 gün sonra, iyulun 17-si, cümə günü iş Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə bu gün başlayan məhkəmə tətili ərəfəsində işi müzakirə etmədiyindən, Özgür Özəlin və onu dəstəkləyən millət vəkillərinin yeni partiyanın yaradılması istiqamətində fəaliyyəti bu gündən etibarən dəqiqləşib”, - nəşr yazır.
Qeyd olunub ki, Özgür Özəlin təşəbbüsü ilə yaradılacaq yeni partiyanın təsis ərizəsi bazar ertəsi – iyulun 27-dəTürkiyənin Daxili İşlər Nazirliyinə təqdim olunacaq.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bundan sonra Özgür Özəl və tərəfdarları CHP-dən ayrılaraq yeni siyasi partiya qurmaq fikrini müzakirə etməyə başlayıblar. Bir neçə gün əvvəl isə yeni yaradılacaq partiya ilə bağlı bəzi təfərrüatlar bəlli olub.


Geri qayıt