Əsas Səhifə > Güney Press > Dünya Kubokunun “ən”ləri...

Dünya Kubokunun “ən”ləri...


Dünən, 09:56

FIFA 2026-cı il Dünya Kubokunun ən yaxşıları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, İspaniya millisinin yarımmüdafiəçisi və kapitanı Rodri 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Rodri turnirin bütün səkkiz oyununda strat heyətində çıxış edib
Dünya Kubokunun ən yaxşı qapıçısı adına da yenə ispaniyalı Unai Simon sahib oliub. Səkkiz matçda o, bir qol buraxıb (1/4 finalda Belçikaya qarşı (2-1)). Dünya Kuboku zamanı Simon turnir tarixində ən uzun müddət qolsuz oyun (649 dəqiqə) və tək bir Dünya Kubokunda qol buraxmadan ən çox oyun (7) rekordunu vurub.
İspaniyalı müdafiəçi Pau Kubarsi isə turnirin ən yaxşı gənc oyunçusu mükafatına layiq görülüb. Kubarsi səkkiz oyunun hər birində start heyətində meydana çıxıb.
Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Kubokunun ən çox qol vuran oyunçuları siyahısında birinci olub. Fransız oyunçu səkkiz oyunda 10 qol vurub. Ona ən yaxın nəticəni səkkiz oyunda 8 qol vuran argentinalı hücumçu Lionel Messi göstərib.
Mbappe həmçinin, ardıcıl iki Dünya Kubokunda ən çox qol vuran ilk futbolçu olub. O, 2022-ci il Dünya Kubokunda ən çox qol vuran oyunçu olub. Mbappe bu turnirdə 8 dəfə fərqlənib.


Geri qayıt