Əsas Səhifə > Güney Press > Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq

Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq


Dünən, 08:32

Bu gün UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək.

Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da start götürəcək.

Azərbaycan təmsilçilərindən “Sabah” ÇL-də, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Konfrans Liqasında potensial rəqiblərini tanıyacaq.

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq.

Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək.

Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək.


Geri qayıt