Əsas Səhifə > Güney Press > ABŞ-ın İrana hücumları davam edir...

ABŞ-ın İrana hücumları davam edir...


Dünən, 07:27

ABŞ-ın İrana hücumları davam edir.
"DİA-AZ" xəbər verir ki, bir qədər əvvəl SEPAH-ın yaydığı məlumata görə, Dezful və Əndimeşk bölgəsində çox güclü sarsıntı ilə müşayiət olunan dəhşətli bir gurultu qopub.
Sarsıntının şiddəti o qədər güclü olub ki, SEPAH qərargahı bunun zəlzələ və ya ABŞ hücumunun nəticəsində baş verdiyi müəyyənləşdirə bilməyib.
Sarsıntının Əhvaz və Şuş bölgəsində də hiss edildiyi bildirilir.
SEPAH-ın yaydığı bir başqa məlumata görə, ABŞ-ın Şadeqan ətrafındakı əraziyə də raket hücumu edib.
Mənbə Xuzistan Vilayət Təhlükəsizlik Müavininə istinadən xəbər verir ki, ABŞ qırıcı təyyarələri yerli vaxtla saat 05:55-də Şadeqan şəhəri ətrafındakı bir nöqtəyə də raket zərbələri endirib.
Qeyd edək ki, Dezfuldakı bilinən ən vacib hərbi obyekt Dezful Hava Limanıdır. “Vəhdəti” hava bazası (4-cü Taktiki Döyüş Bazası) kimi də tanınan bu hərbi obyekt Əndimeşk yolu üzərində yerləşir.
Məlumata görə, bu obyekt İran Hərbi Hava Qüvvələri üçün strateji əhəmiyyətə malikdir və fəal şəkildə istifadə olunur. Bundan əlavə, Dezful bölgəsi yeraltı raket qurğuları və buraxılış imkanları ilə seçilən İranın ballistik raket proqramının əsas istehsal və inkişaf mərkəzlərindən biri kimi tanınır.

Geri qayıt