Əsas Səhifə > Güney Press > "Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir"

"Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir"


Bu gün, 06:48

"Cəmiyyətdə artan çox böyük aqressiya hiss edirəm. Məncə səbəblərdən biri də insanların sevişməməsidir. “Nə əlaqəsi var?” deyə bilərsiniz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış psixoloq Çinarə Abbasova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir. Buna görə də sinir sistemləri daim gərgindir. Komplekslidirlər. Yataq həyatları monotondur. Nəticədə bədəndən çıxara bilmədikləri enerji, zehnindəki tikanlı məftillərlə birləşib aqressiya və şiddət yaradır. Öz sözünü lazım olan ünvana deməyə cəsarəti çatmayanlar isə bu gərginliyi güclərinin çatacağını bildikləri insanları söyməklə, alçaltmaqla və hədələməklə boşaldırlar. Əlbəttə, aqressiyanın səbəbi təkcə bu deyil. Amma cəmiyyətin emosional, psixoloji və intim kasadlığı bu aqressiyanı qidalandıran əsas amillərdən biridir..."


Geri qayıt