Əsas Səhifə > Güney Press > II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib

II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib


Bu gün, 11:00

Bütün ermənilərin katolikosu II Qaregin ölkə tarixində ilk dəfə yeni parlamentin ilk sessiyasının açılış mərasimində iştirak etməyəcək.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, Erməni Apostol Kilsəsi mərasimə dəvət almayıb.

Medianın məlumatına görə, hakimiyyət II Qareginə ayrıca dəvət göndərmək niyyətində deyil, çünki onun iştirakı məcburi deyil.


Geri qayıt