Əsas Səhifə > Güney Press > Ruslar benzin növbəsində qırılırlar
Ruslar benzin növbəsində qırılırlarBu gün, 10:28 |
|
Rusiyada kəskin yanacaq böhranı fonunda, yanacaqdoldurma məntəqələrindəki növbələrdə ölən pensiyaçılarla bağlı ən azı iki fakt qeydə alınıb. Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, iyulun 14-ü axşam saatlarında Lısva şəhərində (Perm diyarı) 80 yaşlı kişi yanacaqdoldurma məntəqəsində növbəsini gözləyərkən ölüb. Bölgə Səhiyyə Nazirliyinin məlumatına görə, gələn təcili yardım briqadası reanimasiya tədbirləri görsə də, təqaüdçünü xilas edə bilməyib. Ölümün ilkin səbəbi ürək çatışmazlığı olub. Daha əvvəl Petrozavodskda (Kareliya Respublikası) 75 yaşlı sürücü yanacaqdoldurma məntəqəsində növbədə gözləyərkən ölüb. Şahidlərə istinadən xəbər verilir ki, faciəli hadisə respublika xəstəxanasının yaxınlığında baş verib. Daxili İşlər Nazirliyi ölüm faktını təsdiqləyib, lakin səbəbini açıqlamayıb. Növbələrdə ölüm halları Rusiyanı bürüyən böyük yanacaq çatışmazlığı fonunda baş verir. Məsələ ilə tanış olan “Reuters“ mənbələrinin məlumatına görə, Rusiya Ukraynanın pilotsuz təyyarələrinin hücumlarından sonra neft emalı zavodlarının gücünün təxminən 40 faizini itirib. EA Analytics iyul ayında neft emalı məhsuldarlığının gündə 3,91 milyon barelə düşdüyünü təxmin edir ki, bu da 2005-ci ildən bəri ən aşağı səviyyə və əvvəlki ildən 27 faiz aşağıdır. Energy Intelligence analitikləri hasilatı daha da aşağı - gündə 3,58 milyon barel hesablayır ki, bu da 2002-ci ildən bəri ən aşağı səviyyə ola bilər. “Energy Intelligence”in məlumatına görə, hazırda Rusiyanın gündə təxminən 3,1 milyon barel kəsiri var və aylıq neft məhsulları çatışmazlığı 400.000-600.000 ton olaraq qiymətləndirilir. Yanacaq satışına rəsmi məhdudiyyətlər 40-dan çox bölgədə tətbiq olunsa da, “The Insider” qəzetinin hesablamalarına görə, Rusiyanın demək olar ki, bütün bölgələrində, eləcə də Ukraynanın işğal olunmuş ərazilərində müxtəlif məhdudiyyətlər və qadağalar qüvvədədir. Geri qayıt |