Əsas Səhifə > Güney Press / Partiya > Partiya sədrindən TƏKLİF VAR
Partiya sədrindən TƏKLİF VARBu gün, 08:18 |
|
"Avqust ayının 1-dən Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq – səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam edir: "Bildiyim qədər bu istiqamətdə sərnişin vaqonları yaxşı vəziyyətdədir, əgər marşrut dayanırsa, həmin vaqonları Bakı-Tiflis-Bakı istiqamətində istifadə etmək, hətta, yay mövsümündə bu istiqamətdə gündə iki dəfə qatar reysləri təşkil etmək olar.
Biletlər ucuzlaşar, az da olsa insanları qane etmək olar. İndi qiymət bahadır, bilet tapılmır, normal bilet satışını da hələ ki, təşkil edə bilmirlər - məsələn, Tiflisdən Bakıya qatar bileti almaq müşkülə çevrilib..."
Geri qayıt |