Əsas Səhifə > Güney Press > Vardanyanın arvadına kim dəstək verəcək?

Vardanyanın arvadına kim dəstək verəcək?


Bu gün, 16:07

Məlum olduğu kimi, hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana gəlməyə çalışır.

Tribuna.az xəbər verir ki, o, bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edərək, onlardan dəstək istəyib.
Qeyd edək ki, Veronika Zonabend bunu təkbaşına deyil, bir qrup qadınla reallaşdırmaq fikrindədir. Özü bu barədə açıqlamasında deyib ki, məqsədi Vardanyan və digər separatçıları görmək, Azərbaycan Ombudsmanı ilə görüşmək və həbsdə olanlara sovqat təqdim etməkdir.
Dünən bununla bağlı Beynəlxalq “Xristian Həmrəyliyi” hüquq müdafiəsi təşkilatı açıqlama yayıb. Təşkilatın ictimai maraqların müdafiəsi üzrə direktoru Coel Veldkamp bildirib ki, Avropa Birliyi bu səfərə dəstək verməlidir. “Avropa Birliyi Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyanın həyat yoldaşının sentyabrda Bakıya səfər təşəbbüsünü dəstəkləməlidir”.


Geri qayıt