Əsas Səhifə > Güney Press > “3+3” formatı yenidən gündəmdə

“3+3” formatı yenidən gündəmdə


Bu gün, 15:49

“3+3” regional əməkdaşlıq platformasını, eləcə də iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə edəcəyik.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ceyhun Bayramovla danışıqlardan öncə bildirib.

“Əlbəttə, Cənubi Qafqazdakı vəziyyət barədə danışacağıq. Regional əməkdaşlığın “3+3” formatına marağın yenidən artmasına diqqət yetirdik”, - deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti də nəzərdən keçiriləcək. Bu çərçivədə apreldə keçirilmiş Hökumətlərarası Komissiyanın 24-cü iclasının nəticələri də diqqətdə saxlanılacaq.

Tərəflər, həmçinin mədəni-humanitar layihələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, görüşdə ATƏT, BMT və MDB çərçivəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı gözlənilir.


Geri qayıt