Əsas Səhifə > Güney Press > Öncə arvadını, sonra özünü bıçaqladı

Öncə arvadını, sonra özünü bıçaqladı


Bu gün, 15:44

Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

"DİA-AZ" Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı - 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt