Əsas Səhifə > Güney Press > Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı

Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı


Bu gün, 13:38

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin iyun ayında Ermənistana 5,91 min ABŞ dolları dəyərində, ümumi çəkisi 1,39 ton olan plastik tikinti detalları ixrac edilib.

Modern.az Azərbaycandan Ermənistana ixrac olunan plastik tikinti materiallarının istehsalçısını müəyyən edib. Ermənistana məhsul göndərən şirkət "Penoplex Prikavkazye" MMC-dir. Müəssisə polimer əsaslı tikinti və dekorativ üzlük materiallarının istehsalı ilə məşğuldur.

Şirkət Hacıqabul rayonu Atbulaq kəndində yerləşən Hacıqabul Sənaye Parkında fəaliyyət göstərir. Hacıqabuldakı müəssisə Rusiyanın "PENOPLEX" şirkətlər qrupunun sayca 15-ci zavodudur və rəsmi açılışı 2023-cü il mayın 31-də baş tutub.

Xatırladaq ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana ümumilikdə 17 milyon 128,64 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı idxalın həcmi cəmi 960 ABŞ dolları təşkil edib. İyun ayında isə Ermənistandan Azərbaycana hər hansı məhsul tədarükü qeydə alınmayıb.


Geri qayıt