Əsas Səhifə > Güney Press > "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb

"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb


Bu gün, 09:43

Türkiyədə "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, o, "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.

Xatırladaq ki, "Ahbap" Dərnəyinin sədri, müğənni Haluk Levent də iyulun 12-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə indiyədək bu iş çərçivəsində 18 nəfər tutulub.


Geri qayıt