Əsas Səhifə > Güney Press > Bizim əlimiz çoxdan QƏLƏM TUTUR...

Bizim əlimiz çoxdan QƏLƏM TUTUR...


Bu gün, 07:41

Öncədən bildirim ki, Göytürk əlifbasından daha öncə də türklərdə tamğa işarələr mövcud olub . Sadəcə hazırkı əldə olunan yazı nümunələrdindən bizə çatana hələ ki, Göytürk yazıları olduğundan bunu bəzən türklərin ilk yazı nümunəsi kimi qeyd edirlər. Amma dediym kimi, Göytürk yazısı heç də ilk deyil, özündən əvəlki türk yazı tamğalarının davamı olmuşdu. Elmi ədəbiyyatda "Orxon-Yenisey yazısı" və ya "runik türk yazısı" da adlanır. Türk yazı mədəniyyəti qədim dövrlərə, hələ Göytürk əlifbasından öncəyə gedib çıxır. Türklərdə hər böyun öz göstərici nişanı- tamğaları olmuşdur ki. bu tamğaların da hər biri konkret mənalar bildirirdi. Türklər tamğaları həm də daşlar üzərində, silah və məişət əşyaları üzərində, qəbir abidələrində, xalça naxışlarında , heyvanların qulaqlarında, belində çəkirdilər.
Bu tamğalar zamanla inkişaf edərək yazı sistemləri kimi fəaliyyət göstərmişdir. Bu simvolların bir qismi daha sonralar Göytürk əlifbasının formalaşmasında baza olmuşdur. Bu səbəbdən bəzən tamğa mədəniyyəti Göytürk yazısının ilkin mərhələsi kimi qəbul edilir. Göytürk əlifbası ilə yazılmış mətnlər əsasən VIII əsrə aiddir. Bu yazı sistemi 38 işarədən ibarətdir: 4 sait, 34 samit var. Yazılışı sağdan sola doğru yazılır. Həm fonetik, həm də qrafik baxımdan çox orijinaldır və heç bir başqa yazı sistemindən tam şəkildə alınmamışdır. Əlifba həm fonetik yazı, həm də tamğavari simvollarla zəngindir.
Göytürk əlifbası ilə yazılmış abidələr ilk dəfə Orta Asiyada – Monqolustanda, Orxon çayı vadisində və Yenisey çayı hövzəsində aşkar edilmişdir.
Ən məşhur abidələr bunlardır:
Bilgə Kağan, Kül Tigin və Tonyukuk yazıları – VIII əsrə aiddir. İlk dəfə 1889–1893-cü illərdə Vilhelm Thomsen və Vasiliy Radlov tərəfindən tədqiq və deşifrə edilmişdir. 1893-cü ildə danimarkalı filoloq Vilhelm Thomsen Göytürk yazısını elmə təqdim etmiş və onun türk dilinə aid olduğunu sübut etmişdir. Göytür yazısında ilk oxunan söz Tanrı ( Tenqri ) və Türk sözləri olmuşdu. Bu yazılar həm tarixi, həm siyasi, həm də mədəni baxımdan türk sivilizasiyası üçün qiymətli mənbədir. Onlar Göytürk dövlətinin quruluşu, türklərin mənşəyi, düşmənlərlə mübarizəsi və ideoloji prinsipləri barədə bilik verir. Bir maraqlı faktı da deyim ki, araşdırmalar zamanı Göytürk əlifbasının türklərə aid olduğunu biləndə yenə də türk qısqanclığı üzündən bu yazı nümunəsini gizlətmək, saxtalaşdırmaq cəhdləri də olmuşdu.
Bəzən tamğa sistimi ilə tamğalardan formalaşan yazı sistemi qarışıq salınır. Məsələn dünyada ilk əlifbalardan finikiya əlifbasının olduğu bildirilir, amma finikiyalılara da əlifba formalaşdırlması qədim türk tamğalarından keçdiyi bildirilir, daha sonra finikiyalıların yaratdığı əlifbadan latınlar istifadə edərək hazırkı latın əlifbasını yaradıblar. Eyni zamanda. skandinav ölkələrində vikinq yazıları da runik sistemində türk tamğaları formasında yaranıb, amma bunlar haqqında elmi ədəbiyyatda yekdil rəy olmadığından finikiya,latın, sami dilləri əlifbalarının türk tamğalarından yaranmasını dəqiq söyləmək çətindir. Önəmli olan odur ki, Türkün özünü dərk edtiyi gündən yaşamını, yaddaşını tamğalarda göstərib və ən vacibi də bu tamğalar hansısa başqa millətlərdən alınma deyil, birbaşa türkün öz yaratdığı tamğalar olub.
Müəllif: Afət Möhbalı - Mənbə: "DİA-AZ"

Geri qayıt