Əsas Səhifə > Güney Press > İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür

İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür


Bu gün, 07:07

Pentaqon rəsmiləri son həftələrdə Kubaya qarşı hərbi əməliyyat üçün bir neçə variantı, o cümlədən hava-desant əməliyyatını nəzərdən keçirirlər.

Axar.az xəbər verir ki, bu barədə CBS mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, hərbi dairələr son həftələrdə ada dövlətinə qarşı bir sıra tədbirlər variantlarını, o cümlədən ABŞ Quru Qoşunlarının rəhbərliyi ilə 101-ci Hava-Desant Diviziyası tərəfindən minlərlə Amerika əsgərini havadan endirmək əməliyyatını qiymətləndiriblər.

Məqalədə bunun ABŞ-da belə bir missiyanı yerinə yetirməyə hazır olan yeganə bölmə olduğu deyilir. Mənbələr vurğulayıblar ki, müzakirə ABŞ Prezidenti Donald Trampın və ya Pentaqonun əməliyyatı keçirmək qərarına gəldiyi anlamına gəlmir.

Bildirilib ki, Kubaya qarşı hər hansı bir əməliyyat Pentaqon üçün ciddi bir problem olacaq, çünki departament hazırda əsasən İranla münaqişəyə diqqət yetirir.


Geri qayıt