Əsas Səhifə > Güney Press > Qadağa aradan qaldırıldı:
Qadağa aradan qaldırıldı:Bu gün, 12:19 |
|
Azərbaycan millisinin üzvü Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubuna qoşulmaq üçün Bakıdan ayrılıb. Bu barədə Teleqraf-a 25 yaşlı futbolçu özü məlumat verib. Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb. Z. Əliyev ötən gecə saat 04:45-də Bakıdan İstanbula uçub. Hazırda Türkiyədə olan müdafiəçi bu gün Albaniyanın Rroqojine şəhərinə yollanacaq. Qeyd edək ki, Z. Əliyev iyulun 8-də Albaniyaya getmək istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı. Bu səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməmişdi. Geri qayıt |