Əsas Səhifə > Güney Press > Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir

Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir


Bu gün, 08:10

Finlandiyalı siyasətçi, “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Fransa və İsveçin yaxın bir neçə il ərzində Ukraynaya 200-dən çox qırıcı təyyarə göndərmək planlarını tənqid edib.

Axar.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

Siyasətçi təyyarələrin Kiyevə göndərilməsinin "Rusiyaya müharibə elan edilməsinə bərabər olduğunu" bildirib.

Mema qeyd edib ki, Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır:

“Ukrayna nə qədər çox silah alırsa, onu bir o qədər çox dağıntı gözləyir”.


Geri qayıt