Əsas Səhifə > Güney Press > Ermənistan əhalisini ikiqat artırmaq istəyir

Ermənistan əhalisini ikiqat artırmaq istəyir


Bu gün, 16:45

Ermənistan hökuməti ölkədə doğum səviyyəsinin artırılması üçün yeni tədbirləri nəzərdən keçirir.

Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Arsen Torosyan nazirlikdə keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, demoqrafik artımı stimullaşdırmaq üçün mövcud mexanizmlərdə dəyişikliklər edilə və dövlət dəstəyi proqramları genişləndirilə bilər.

Nazir hesab edir ki, hökumətin həyata keçirəcəyi yeni təşviq tədbirləri doğum göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ dörd il əvvəl hökumətə ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı proqramlar hazırlamağı tapşırmışdı. Həmin strategiyaya əsasən, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayının 5 milyon nəfərə çatdırılması hədəflənir.


Geri qayıt