Əsas Səhifə > Güney Press > Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli olduBu gün, 16:39 |
|
Xəbər verdiyimiz kimi, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Akşin Şamil oğlu İtaliyanın Latisana şəhərində vəfat edib. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birlikdə yaşadığı şəhərdəki göldə boğulub. Məlumata görə, Akşin Əzizov batmaqda olan övladlarını xilas etsə də, özü boğularaq həyatını itirib. Qeyd edək ki, Akşin Əzizovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etsələr də, laqeyd münasibətlə qarşılaşıblar. Geri qayıt |