Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb

"Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb


Bu gün, 15:56

"Bank Avrasiya" ASC bu ilin I yarısını 939 min manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7 dəfə azdır.

Yanvar-iyun aylarında "Bank Avrasiya"nın əməliyyat gəlirləri 10,365 milyon manat (1 il əvvələ nisbətən 10 % çox), əməliyyat xərcləri 7,251 milyon manat (21,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,339 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz gəlirləri isə 164 min manat (2,7 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Bank Avrasiya"nın aktivləri 218,528 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % çoxdur. Bunun 128,298 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8 % böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 20,2 % artaraq 127,737 milyon manata, o cümlədən depozit portfeli 41,1 % artaraq 75,297 milyon manata, balans kapitalı isə 2,1 % artaraq 90,791 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.


Geri qayıt