Əsas Səhifə > Güney Press > Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs veribBu gün, 14:48 |
|
Ali Rada (parlament) Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi vəziyyətin müddətinin uzadılması haqqında fərmanını təsdiqləyib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, iyulun 14-ü Ali Radanın plenar iclasında müvafiq qanun layihəsinin lehinə bütövlükdə 313 xalq deputatı səs verib. Hərbi vəziyyət 2026-cı il avqustun 2-dən – oktyabrın 31-dək 90 sutka müddətinə uzadılır. Ukrayna parlamenti hərbi vəziyyətin müddətini Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci il tarixindən bəri artıq iyirminci dəfə uzadır. Geri qayıt |