Əsas Səhifə > Güney Press > Tovuzda yeniyetmə xəstəxanada öldü

Tovuzda yeniyetmə xəstəxanada öldü


Bu gün, 12:58

Tovuzda xəstəxanada ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə rayon sakini 17 yaşlı Z.Murğuzov ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin tibbi yardımlarına baxmayaraq yeniyetmə həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt