Əsas Səhifə > Güney Press > “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram”
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram”Bu gün, 10:18 |
|
Xəbər verdiyimiz kimi, Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Bəzi tanınmış simaların media forumuna qatılması sosial şəbəkələrdə müzakirələrə və onların tənqidinə səbəb olub. Onlardan biri də aşbaz kimi tanınan Ehtiram Fərzəlibəyovdur. Gununsesi.info-ya açıqlama verən Ehtiram Fərzəlibəyov forumda iştirakına görə ünvanına səslənən tənqidlərə münasibət bildirib. “Əvvəla qeyd edim ki, mən forumda bloger kimi iştirak etmişəm. Öz izləyici kütləm var. Aşbazlıqdan əvvəl aktyorluq fəaliyyəti ilə məşğul olmuşam. Məni tənqid edən insanlara isə demək istəyirəm ki, canları sağ olsun. Bu, onların öz fikridir”, – deyə o bildirib. Geri qayıt |