Əsas Səhifə > Güney Press > “Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb

“Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb


Bu gün, 05:29

“Agro Norm” MMC-nin (VÖEN: 1502366671) təsisçiləri şirkətdən payının götürüb.

"DİA-AZ"xəbər verir ki, təsisçilər Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 on min manat dəyərində payını və Əliyev Qalib Əli oğlunun ona məxsus 1 milyon 200 min manat dəyərində payını götürərək cəmiyyətin təsisçiliyindən çıxır.

Məlumata görə, bununla əlaqədar Cəmiyyətin nizamnamə kapitalının 6 milyon manatdan 1 milyon 590 min manata azaldıldığını elan edilib.

Qeyd edək ki, MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abdullayev Rəşad Rəfail oğlu olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.33 ünvanında yerləşir.


Geri qayıt