Əsas Səhifə > Güney Press > Türkiyə şirkəti Azərbaycan bazarından

Türkiyə şirkəti Azərbaycan bazarından


Bu gün, 16:26

“Eti Bakır Anonim Şirkəti”nin Azərbaycandakı filialı (VÖEN: 1505466111) ləğv olunur.

"DİA-AZ" xəbər verir ki, ləğv olunma ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, mənzil 15 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Seref Cengiz olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu, ev.14A, m.8 ünvanında yerləşir.

Məlumat üçün bildirək ki, “Eti Bakır Anonim Şirkəti” Türkiyə şirkətidir. Şirkət dağ-mədən sənayesi, metallurgiya və kimya sektorlarında fəaliyyət göstərir. Əsasən mis (filizdən təmiz katod mis istehsalı), kobalt, antimon kimi strateji metalların hasilatı və emalı, həmçinin sulfat turşusu və kimyəvi gübrə istehsalı sahəsində Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye müəssisələrindən biridir.


Geri qayıt