Əsas Səhifə > Güney Press > Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı

Məhkəmə "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı qərar çıxardı


Bu gün, 16:19

Ali Məhkəmədə "BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayev və Sergey Qrinkeviçin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Qeyd: Hadisə 2025-ci ilin martında baş verib. "BTB Bank" ASC-nin depozit otağından 316 min manat və 32 ABŞ dolları oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.


Araşdırmalarla oğurluqda şübhəli bilinənlər - Aleksey Babayev və Sergey Qrinkeviç saxlanılaraq istintaqa cəlb olunublar.


Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 29.177.4-cü (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aleksey Babayev və Sergey Qrinkeviçin hər biri 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Geri qayıt