Əsas Səhifə > Güney Press > Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb

Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb


Bu gün, 11:36

Azərbaycanlı iqtisadçı alimNazim Şükürov World Bank Group-un eksperti kimi “Business Ready 2025” (https://openknowledge.worldbank.org/server/api/core/bitstreams/504628cb-2425-4a66-8682-120b72c22aa1/content) layihəsinə verdiyi peşəkar töhfəyə görə sertifikatla təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, “Business Ready” Dünya Bankı Qrupunun biznes mühitini mikroiqtisadi baxımdan qiymətləndirən əsas korporativ hesabatıdır. Hesabat şirkətlərin həyat dövrü əsasında investisiya mühiti, biznesin yaradılması və inkişafı üçün normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, rəqabət və innovasiya imkanlarını qiymətləndirir.

İlk dəfə olaraq Azərbaycan da Business Ready hesabatına daxil edilib. Hesabatda ölkəmizdə biznesin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müvafiq indikatorlar üzrə qiymətləndirmələr və məlumatlar öz əksini tapıb.

Nazim Şükürova təqdim olunan sertifikatda onun “Business Ready 2025” layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilərək minnətdarlıq ifadə olunub. Bu təltif alimin beynəlxalq səviyyədə aparılan qiymətləndirmə prosesində ekspert kimi iştirakını və töhfəsini təsdiqləyir.


Geri qayıt