Əsas Səhifə > Güney Press > S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya...

S-400-lərin başqa ölkəyə satışı olsa, Rusiya...


Bu gün, 08:17

S-400 məsələsinin Türkiyənin ABŞ-ın F-35 qırıcı proqramına qayıtması ilə əlaqələndirilməsi doğru deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Həsən Yalçın Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini üçüncü ölkəyə satması ilə bağlı danışarkən deyib.

“Hazırda müxtəlif spekulyasiyalar müzakirə olunur. S-400 məsələsi F-35 problemi ilə tamamilə əlaqəsizdir. Əgər gələcəkdə S-400-lərin başqa ölkəyə satışı məsələsi gündəmə gəlsə, Rusiya və alıcı ölkə ilə danışıqlar aparmaq olar. Lakin bu mövzunu hazırda yalnız ehtimallara əsaslanaraq müzakirə etmək düzgün deyil”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Hürriyət” qəzeti S-400 sistemlərinin Körfəz ölkələrindən birinə satıldığı barədə məlumat yayıb. Ehtimal olunan alıcılar sırasında Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adı çəkilib.


Geri qayıt