Əsas Səhifə > Güney Press > “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı

“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı


Bu gün, 15:09

“Agro Norm” şirkəti nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb təsisçi Nəbiyev Yaşar Nəriman oğlunun özünə məxsus 3 210 000 manat məbləğində payını götürərək təsisçilikdən çıxmasıdır.

Beləliklə, şirkət nizamnamə kapitalının 6 000 000 manatdan 2 790 000 manata azaldıldığını elan edib.

Xatıladaq ki, “Agro Norm” 2013-cü ildən qeydiyyatdan keçib, əsasən təzə pomidor, alma, armud, heyva, ərik və albalı kimi məhsulların istehsalı və ixracı ilə məşğuldur. Qanuni təmsilçisi Rəşad Abdullayevdir.


Geri qayıt