Əsas Səhifə > Güney Press > Balakəndə qəbiristanlığı sel basdı:
Balakəndə qəbiristanlığı sel basdı:Bu gün, 12:35 |
|
Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub.
Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:
"Dağlıq ərazidə 4-5 saat fasiləsiz yağış yağdı. Bundan sonra kəndə güclü sel gəldi. Nəticədə qəbiristanlıqda təxminən bir metr hündürlüyündə su yığıldı və ərazi tamamilə su altında qaldı".
German Balayev qeyd edib ki, sel suları çəkildikdən sonra ərazidə təmizləmə işlərinə başlanılıb və suyun böyük hissəsi çıxarılıb:
"Sel dayandıqdan sonra müvafiq tədbirlər görüldü və qəbiristanlıqda yığılan su çəkildi. Hazırda yalnız bəzi çökək sahələrdə su qalıb. Ərazi palçıqlı olduğundan giriş hələ də çətindir. Havanın əlverişli keçəcəyi təqdirdə yaxın günlərdə vəziyyətin tam normallaşacağını gözləyirik".
Geri qayıt |