Əsas Səhifə > Güney Press > "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..."
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..."Bu gün, 12:24 |
|
Son günlər "Lalə Qızlar" ansamblı haqda söz-söhbətlər yayılır. Mətbuata sızdırılan məlumatlardan biri də xanım müğənnilərin getdikləri ölkələrdə və digər səfərlərdə bir-biri ilə yola getməməsi, hətta dava etməsi ilə bağlıdır. Bildirilir ki, hətta bədii rəhbər dəfələrlə onları tənbeh edib, ansambıldan uzaqlaşdırıb. Yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün ansamblın rəhbəri, Xalq artisti Ceyran Haşımova ilə əlaqə saxladıq.
Moderator.az-a açıqlama verən tarzən xanım yayılanların şayədən başqa bir şey olmadığını bildirib:
"Allah göstərməsin. Siz "Lalə Qızlar"-ın hansı üzvündən istəyirsiz bunu soruşa bilərsiz. İstər müğənnilərdən, istərsə də musiqiçilərdən. Nisə Qasımovadan tutmuş, Rəhilə Bəndəliyevadan soruşa bilərsiz. Ansamblımızda bizlərə güldən artıq söz deyilməyib. Atalar sözü var-"Balıq başından iylənər". Ansamblın rəhbəri mən olmuşam. Qızlarıma o qədər tərbiyə vermişəm ki, artıq-əskik hərəkətlərə yol verməyiblər. Kimlər ki, yolunu azırdı, onları uzaqlaşdırırdım. Onlar analarından qorxmadıqları qədər məndən qorxurdular. Mən xalxın qızlarını götürüb xarici ölkələrə, qastrol səfərlərinə aparmışam. Əgər onlara tərbiyə verib, müəyyən məsələləri başa sala bilməsəydim, əlbəttə ki, aralarında dava da düşərdi, artıq-əskik hərəkətlər də edərdilər. Açın arxivi öyrənin ki, bu müğənnilərin ansambılda olduqları müddətdə hansının bir mənfi cəhəti olub? Əgər mən ciddi olmasaydım sizin dediyiniz hallar olardı. Analar ciddi olmayanda qızların başlarına nə gəlir?! O buna qoşulub qaçır, pis yollara düşürlər. Mən onlara deyirdim ki, baxın mənə, əgər mən içki içirəmsə siz də için, mən pis bir işlə məşğul oluramsa siz də olun. Biz belə işlərdən uzaq olmuşuq. Ağcabədidə konsert vermişdik, öz otağımızda idik. Dedilər ki, ikinci katib sizi görmək istəyir. Nə münasibətlə görmək istəyirdisə dəqiq deyə bilmərəm. Təsəvvür etməzsiz ki, qızlar imkan vermədi ki, o katib mənə nəsə desin. Biri otağa girdi, o biri çıxdı. Katib onların hərəkətini görüb mənə dedi ki, "Ceyran xanım, nə qədər ki, bu qızlar var, dünyadan nakam gedəcəksiniz". Bəlkə də mənə hörmət etmək istəyirdi, qızların yanında utandı".
Geri qayıt |