Əsas Səhifə > Güney Press > Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır

Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır


Bu gün, 12:03

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tender müsabiqəsi keçirmədən “Set Medical” MMC (VÖEN – 1503694681) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə cərrahi tikiş saplarının satın alınması ilə əlaqədar bağlanıb.
Qeyd edək ki, Tədris Cərrahiyyə Klinikası cərrahi tikiş saplarının satın alınması üçün “Set Medical” MMC-yə 124 min 17 manat 10 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Set Medical” MMC 2017-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəscəbli küçəsi, ev 3, m. 19 göstərilib. Şirkətə Kərimov Bəkir Atakişi oğlu rəhbərlik edir.


Geri qayıt